BMT: Qəzza beynəlxalq ərzaq böhranının mərkəzinə çevrilib - dünyada hər 11 nəfərdən biri aclıq çəkir
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, əhalisinin 80%-i daxili köçkünlər Qəzza bölgəsi dünyanın ən kəskin ərzaq böhranı ilə üzləşib. Bu barədə BMT-nin "2024-cü il ərzaq təhlükəsizliyi və qida" adlı hesabatında məlumat verilib.
Hesabata görə, Qəzza əhalisinin hamısı (2,23 milyon insan) yüksək dərəcədə ərzaq çatışmazlığı ilə üzləşib.
2023-cü ilin axırlarında eksklavın bütün sakinləri üçüncü dərəcəli böhran səviyyəsində yaşayanlar kimi qeydə alınıblar.
Hesabatda bildirilir ki, 2023-cü ildə dünyada aclıq çəkənlərin sayı 733 milyon nəfər olub - bu da Yer əhalisinin hər 11 nəfərindən biridir.
2022-2023-cü illərdə Qərbi Asiya regionlarında, Qərib hövzəsində və Afrikanın Saxaradan cənubdakı bölgələrində aclıqla bağlı vəziyyət daha da pisləşib.
Afrika əhalisinin 20,4, Asiyanın 8,1, Latın Amerikası və Qərib hövzəsinin 6,2, Okeaniyanın isə 7,3 faizi aclıqla mübarizə aparır.
Bu tendensiya davam edərsə, 2030-cu oldə dünya əhalisinin təqribən 582 milyon nəfəri aclıqdan əziyyət çəkəcək, onların yarısının Afrika sakinləri olacağı gözlənilir.
Ötən il 2,33 milyard nəfərə yaxın insan müxtəlif dərəcədə ərzaq qıtlığı ilə üzləşib. Onların arasında 864 milyon nəfər kəskin çatışmazlıqla üzbəüz olub - bir və ya bir neçə gün ac-susuz qalıb.
Hürr Tərcüman