📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: “Qəzzada aclıq və epidemiyalar qaçılmazdır, uşaqlar narkozsuz əməliyyat olunurlar”

2023-11-16 18:27:30

BMT: “Qəzzada aclıq və epidemiyalar qaçılmazdır, uşaqlar narkozsuz əməliyyat olunurlar”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki,  BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Qəzzadakı hərbi əməliyyatlar nəticəsində bölgəfə aclığın və yoluxucu xəstəliklər epidemiyasının qaçılmaz olduğunu bildirib.

Misir və İordniyaya səfərdən qayıtmış Türk Qəzzada yanacaq ehtiyatlarının tam tükənməsinin qaçılmaz olduğunu və bunun da fəlakətli nəticələrə, o cümlədən su təchizatı və kanalizasiya sisteminin işinin tam dayanmasına gətirəcəyini, mühüm tibbi xidmətlərin göstərilməsinin, humanitar yardımın çatdırılmasının mümkünsüz olacağını deyib.

Ali komissar az sayda qalmış xəstəxanalarda həkimlərin uşaqları anesteziya olmadan, mobil telefonların işığında əməliyyat etməyə məcbur olduqlarını söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzada xəstəxanalara və tibb müəssisələrinə azı 137 hücum qeydə alınıb. Ən çox zərər çəkən “Əş Şifa” xəstəxana kompleksi olub.

Hürr Tərcüman