BMT: “Qəzzadakı soyqırımı bütün dünyanın gözü qarşısında baş verir”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin Fələstin üzrə xüsusi hesabatçısı Françeska Albaneze “İks” (X) sosial şəbəkəsindəki paylaşmasında Qəzza sakinlərinin kütləvi qətlini Srebrenitse və Ruanda soyqırımıları ilə müqayisə edib: “Bu, dins sakinlərin kütləvi qətlindən az fərqlənir. Soyqırımı – bir dəfə törədilən əməl deyil, bu, bir prosesdir və onun qarşısını almaq vacibdir. Lakin Qəzza sektorunda soyqırımının törədilməsinə bütün dünya imkan verir. Əvvəllər Srebrenitse və Ruandada olduğu kimi”.
Hesabatçı xanım özünün əvvəlki paylaşmasını da xatırladıb. Həmin paylaşmasında İsraili Qəzza sektorundakı Əl Rimal rayonunda 11 nəfər silahsız fələstinlinin öz ailələrinin gözü qarşısında edam eləməkdə ittiham eləmişdi.
Albaneze yazır: “Qəzzadakı soyqırımını və uşaqların kütləvi şəkildə qətlini Fransa, ABŞ, İngiltərə, Ukrayna, İtaliya, Almaniya, CAR və Hindistandan olan muzdlular törədib. Lakin onları heç kim xarici terrorçu-döyüşçülər adlandırmır”.
Hürr Tərcüman