📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: “Quraqlıq Somalidə onminlərlə insanı köçkünə çevirdi”

2021-12-30 15:12:00

BMT: “Quraqlıq Somalidə onminlərlə insanı köçkünə çevirdi”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, son 2 gün ərzində Somalinin 2 min nəfərdən artıq sakini quraqlıq üzündən öz evlərini tərk edib. Bu barədə açıqlama BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin “Tvitter” səhifəsində verilib. Onların Banadir rayonunda özlərinə sığınacaq tapdıqları bildirilir. Güclü quraqlıq somalililərin həyatına mənfi təsir göstərir. Açıqlamada bildirilir ki, son həftə ərzində 20 min nəfərdən artıq sakin ölkənin başqa rayonlarına köçmək məcburiyyətində qalıb. Quraqlıq aqrar sektora zərər verib. Bir çox somalililər kənd təsərrüfatı, o cümlədən, heyvandarlıqla məşğul olmaqdan məhrum olublar.

Hürr Tərcüman