📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Rusiya ilə bağlı qətnamə qəbul edəcək

2022-03-02 14:21:00

BMT Rusiya ilə bağlı qətnamə qəbul edəcək

Bu gün BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan qətnamə ilə bağlı səsvermə keçirəcək.

Hurriyyet.az xəbər verir ki, BMT-nin mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.

Layihəsinin həmtəqdimatçıları arasında olan Türkiyə mətnə ​​töhfə verən əsas qrup ölkələrdən biri olub.

Qətnamədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskvanın bütün hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.