BMT Rusiyanı Ovsyannikovanı cəzalandırmamağa çağırdı
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, BMT Rusiyanı dünən “Birinci Kanal”ının “Zaman” axşam xəbərlərinin canlı efirində “Müharibəyə yox!” plakatı ilə studiyaya daxil olmuş Marina Ovsyannikovanı cəzalandırmamağa çağırıb. Ovsyannikova həmin verilişin redaktorudur.
BMT İnsan Hüquqları Ali Komissarlığının mətbuat nümayəndəsi Ravina Şamdasani BMT-nin Cenevrədəki ofisində verdiyi açıqlamada deyib: “Bu çox cəsur jurnalistin vəziyyətini izləyirik”.
Bu gün mətbuatda əvvəlcə Ovsyannikovun saxlanıldığını bildirən xəbərlər verilib. Ardından vəkillərinin onun harada olduğunu bilmədikləri, Marina ilə əlaqə saxlamağın mümkün olmadığı bildirilib.
Qeyd edək ki, Rusiyada yeni tətbiq edilən “vətənə xəyanət” qanununa əsasən, Ukraynanı dəstəkləyən hər kəs 20 ilə qədər həbs cəzası ala bilər.
Hürr Tərcüman