📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Şurasında Güney Azərbaycanla bağlı hesabat təqdim edilib

2023-09-29 10:33:14

BMT Şurasında Güney Azərbaycanla bağlı hesabat təqdim edilib

Sentyabrın 26-dq İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında “Güney Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK” avqust ayı ərzində Güney Azərbaycanda #insan_haqlarının vəziyyəti ilə bağlı hesabatını təqdim edib.

Sözügedən hesabat təşkilatın nümayəndəsi Ayda Əqdəmi tərəfindən təqdim edilib və hesabatda ötən ay ərzində #güneyli_fəallara qarşı basqılar barədə məlumat verilib.

Hesabatda bildirilib ki, bir ay ərzində 500 güneyli fəalın həbsi, təhdid edilməsi, məhkəməyə çağırılması və bir sıra başqa təzyiqlər təsdiqini tapıb.

Bundan əlavə, Güney Azərbaycanın bir sıra şəhərlərində 350 #öyrəncinin universitetlərin İntizam Kömitəsinə çağırılaraq hədələndikləri, 180 öyrəncinin də təhsildən məhrum edilməsi faktı öz əksini tapıb.

Ülviyyə, Hurriyyet.az