BMT Talibanla əlaqəni azərbaycanlı vasitəsilə gerçəkləşdirir
2021-08-26 10:19:00
BMT özünün regiondakı 3000 əməkdaşı vasitəsilə Əfqanıstana humanitar yardım göstərməyə davam edir.
HURRİYYET.az xəbər verir ki, bunu BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Bizim Taliban rəhbərliyi ilə birbaşa kontaktımız yoxdur. Onlarla Kabildə əsas kontakt bizim humanitar fəaliyyət üzrə koordinatorumuz Ramiz Ələkbərov vasitəsilə gerçəkləşir”, - Düjarrik bildirib.