BMT Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım üçün 1 milyard dollar istəyir
2023-02-17 08:33:00
BMT Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım üçün 1 milyard dollar istəyir. Belə ki, BMT Baş katibi Quterreş bu məqsədlə bəyanat verib. Bəyanatda deyilir:
▪️ Bu gün BMT Türkiyədə bir əsrin ən dağıdıcı zəlzələlərindən zərər çəkmiş insanlara humanitar yardım üçün 1 milyard dollar toplamaq üçün müraciət edir.
▪️ Bu vəsait üç ay ərzində 5,2 milyon insana yardım göstərməyə və Türkiyədə humanitar təşkilatların işini sürətləndirməyə kömək edəcək;
▪️ Beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin nəticələrinin aradan qaldırılması üçün səyləri gücləndirməyə və kritik səyləri tam maliyyələşdirməyə çağırıram.
Ülviyyə, Hurriyyet.az