📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: Ukraynada dörd min nəfərdən artıq dinc sakin öldürülüb

2022-05-27 21:26:00

BMT: Ukraynada dörd min nəfərdən artıq dinc sakin öldürülüb

Real rəqəmlərin daha böyük olduğu bildirilir

Hurriyyet.az xəbər verir ki,  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının verdiyi məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlanandan bəri Ukraynada 4031 nəfər dinc sakin öldürülüb. Onlardan 200 nəfərə yaxını uşaqlardır. Mülki vətəndaşların əksəriyyəti geniş zərbə radiusuna malik partlayıcı cihazlarla – aviazərbələr və ya ağır artilleriyadan açılan atəş nəticəsində öldürülüb.

Komissarlıq əməkdaşları hesab edirlər ki, real rəqəmlər qeydə alınandan xeyli böyükdür.

Hürr Tərcüman