📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"BMW" aşdı - Ölən və yaralılar var

2025-11-25 22:29:36

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.Az xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb, nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.