📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMW suvarma kanalına aşdı - Video

2026-09-23 15:38:06

BMW suvarma kanalına aşdı - Video

Ucar rayonunda yol qəzası olub.

Hurriyyet.media  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə şəhər sakini 1988-ci il təvəllüdlü Mehman Mehman oğlu Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili idarəetmədən çıxaraq suvarma kanalına aşıb.

Nəticədə, sürücünün sərnişin qismində olan həmyerlisi - 1985-ci il təvəllüdlü Roman Zakir oğlu Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.