BNA-da əslində nə baş verir? - Davamı da olacaq...
"Bakı Nəqliyyat Agentliyinin (BNA) taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi. Bu gün verilən fərmanın davamı da olacaq, yəqin ki. Çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var".
Hurriyyet.az xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov bildirib:
O əlavə edib ki, qurum üçün ən uyğun olmayanı qayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir:
Ehtiaml edirəm ki, yaxın vaxtlarda hər şeyə atdınlıq gələcək. Bu gün verilən fərman əslində BŞİH tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını qismən də olsa, göstərir:
1) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində həyata keçirilən fəaliyyət;
2) Ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət;
3) Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət.
Sözsüz ki, söhbət bu sahəslərdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək.
Hər bir halda ümid edək ki, işlər yaxşılığa doğru gedəcək".