📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boksçumuz dünya çempionatında erməniyə qalib gəldi

2025-03-10 22:04:40

Boksçumuz dünya çempionatında erməniyə qalib gəldi

Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçirilən dünya çempionatında təmsilçimiz Ermənistan idmançısına qalib gəlib.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Belə ki, mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb. 54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb.

O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.