📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bölgədə dayanıqlı inkişaf və sülh üçün dəhlizlərin bərpası qaçılmazdır" - VÜQAR BAYRAMOV

2021-11-08 14:55:00

"Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir"

"Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi. Azərbaycanın münaqişə boyunca apardığı xarici siyasət və effektiv diplimatik fəaliyyət zəfəri yaxınlaşdıran faktorlardan hesab olunur. 28 illik erməni işğalı müddətində Ermənsitan bütün layihələrdən təcrid edildi. Əksinə, Azərbaycanın təşəbbüsü ilə ötən müddətdə reallaşan transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, enerji və nəqliyyat layihələri ölkəmizin regional geo-siyasi mövqeyini daha da möhkəmləndirdi: "Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələri məğlub edilməklə yanaşı, erməni mifi də tamamilə məhv edildi. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi. Artıq regionda yeni düzən formalaşıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir".

Vüqar Bayramov hesab edir ki, zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır: "İnanırıq ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az