📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bölgədə təzyiqi artıracaq həmlə: “Siyasi nəticələri olacaq”

2021-08-24 17:51:00

Bölgədə təzyiqi artıracaq həmlə: “Siyasi nəticələri olacaq”

“Hizbullah”ın İrandan neft gətirməsi Livanı ABŞ sanksiyalarına məruz qoya bilər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, son 30 ilin ən böyük iqtisadi böhranını yaşayan Livanda gündəlik istehlak edilən 12 milyon litr civarındakı yanacaq tələbatı ölkənin ehtiyac siyahısının ilk sırasındadır.

Dövlət bundan əvvəl yanacağı Mərkəzi Bank vasitəsi ilə subsidiya edirdi. Lakin Mərkəzi Bankdan verilən yazılı açıqlamada 12 avqust tarixindən etibarən veriləcək valyuta kreditlərinin sərbəst məzənnə (qara bazar) vasitəsi ilə hesablanacağı və beləliklə yanacaq subsidiyasının ləğv ediləcəyi bildirilir.

Ölkədə baş verən yanacaq böhranı şəraitində 19 avqust tarixində “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah İrandan Livana gələcək maye yanacaq yülkü gəminin bir neçə saat ərzində yola çıxması üçün bütün əməliyyatların tamamladığını açıqlamışdı. Nəsrullah bu barədə çıxışında deyib: “Livana qarşı iqtisadi müharibə edənlər “Hizbullah”ı bu qərarı verməyə məcbur ediblər.

Livanda ictimaiyyətin diqqəti İrandan gələcəyi bildirilən yanacaq yüklü gəmiyə yönəldiyi bir vaxtda libanlı ekspertlər “Hizbullah”ın İrandan neft idxal eləmək cəhdinin bölgədəki təzyiqi artıracağını, böhranların kölgəsində qalan ölkənin davam gətirə bilməyəcəyi bəzi siyasi nəticələri doğura biləcəyini söyləyirlər. 

Bəzi siyasi qüvvələr İrandan neft ixrac eləməklə Livanın da ABŞ sanksiyalarına məruz qala biləcəyini bildirərək, bu addıma etirazlarını bildiriblər.

Gələcək Hərəkatının başçısı Saad Əl Hariri İranın dəstək gəmilərinin livanlılar üçün risk doğuracağını bildirərək, Tehranı bu yolla Livan hökumətinin qurulmasını əngəlləməkdə ittiham edib.