📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bölgələrə yağış yağacaq - Xəbərdarlıq

2024-07-19 14:49:46

Bölgələrə yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında iyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

***

İyulun 20-21-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Gədəbəy, Daşkəsən, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Şəki, Qobustan, Neftçala, Salyan, Hacıqabul, Cəlilabadda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

qafqazinfo.az