📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

2024-05-08 19:21:11

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.\\Axar.Az