📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bolqarıstan ölkəmizlə qaz danışıqlarını bərpa edəcək

2022-08-22 23:45:00

Bolqarıstan ölkəmizlə qaz danışıqlarını bərpa edəcək

Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək.

Bunu ölkənin energetika naziri Rosen Xristov deyib.

Onun sözlərinə görə, Bolqarıstan bütün qış dövrü üçün kifayət edə biləcək həcmləri almaqda davam edəcək.

"Əsas məsələ qiymətlə bağlıdır. Səylərimiz rəqabətli qiymətlərlə boru kəməri ilə qazın sistemli tədarükünü təmin edə biləcək ortamüddətli müqavilələrin imzalanmasına yönələcək. Hazırda bizi narahat edən tədarük həcmləri yox, qiymətlərin daimi artım tendesiyasıdır", - deyə nazir bildirib. \\Axar