📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bolqarıstan parlamenti ukraynalılara qarşı soyqırımını tanıdı

2023-02-01 19:45:00

Bolqarıstan parlamenti ukraynalılara qarşı soyqırımını tanıdı

Hurriyyet.az  xəbər verir ki, Bolqarıstan parlamenti 1932-33-cü illərdə, Stalin dövründə Ukraynada süni şəkildə törədilmiş Qolodomor aclığını soyqırımı hesab edib və onun müqəssirlərini pisləyib. Bolqar deputatların qəbul elədiyi qərara görə, noyabr ayının sonuncu şənbə günü ölkədə Ukraynadakı Böyük aclığın qurbanlarının xatirəsi günü kimi qeyd ediləcək.

Sənəddə deyilir ki, Bolqarıstan parlamenti bu soyqırımının inkarı, doğruldulması, yaxud da kiçik qəbul edilməsi ilə bağlı istənilən addımı Qolodomor zamanı həlak olmuş milyonlarla insanın xatirəsinin silinməsi cəhdi kimi qəbul edir.  

Hürr Tərcüman