📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bolqarıstanda müvəqqəti hökumət yaradıldı

2024-04-09 13:52:53

Bolqarıstanda müvəqqəti hökumət yaradıldı

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, aprelin 9-da Bolqarıstanda müvəqqəti hökumət yaradılıb. Prezident Rumen Radevin fərmanı ilə baş nazir vəzifəsi Dimitar Qlavçevə həvalə edilib.
Prezident Radevin digər fərmanında ölkədə növbədənkənar parlament seçkilərinin 9 iyun tarixində keçirilməsi qərarı öz əksini tapıb. Eyni zamanda Avropa parlamentinə seçkilərə də səs veriləcək.
Hürr Tərcüman