Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
2026-11-01 13:33:59
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.
Hurriyyet.net xəbər verir ki, səsvermədə hazırkı Prezident İliyana Yotova ilə keçmiş müvəqqəti baş nazir Andrey Qurov mübarizə aparır.
Oktyabrın 25-də keçirilən birinci tur seçkilərin yekun nəticələrinə əsasən, Yotova 528 951, Qurov isə 486 232 səs toplayıb.
Bu, ölkə tarixində ən aşağı göstəricilərdən biri kimi qiymətləndirilir.
Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu qazana bilmədiyi üçün ikinci tur təyin olunub.
Qeyd edək ki, səsvermə saat 20:00-dək davam edəcək.
Bolqarıstanda prezident beş il müddətinə seçilir. Prezident əsasən təmsilçilik funksiyası daşısa da, qanunlara “veto” qoymaq və silahlı qüvvələrə rəhbərlik etmək səlahiyyətlərinə malikdir.