Boltondan S-400 xəbərdarlığı: Türkiyə də tələb edəcək
2021-11-13 15:01:00
ABŞ-ın Hindistana qarşı S-400-lə bağlı sanksiyasını ləğv etməsi Türkiyə və digər ölkələrdə də oxşar tələblər yarada bilər.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Hill” qəzetinə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
O qeyd edib ki, Rusiyadan silah satışı ilə bağlı sanksiyalardan imtina Vaşinqtonda adi hala çevrilərsə, problem daha da böyüyəcək:
“Əgər Ərdoğan qarşıdan gələn seçkilərdə hakimiyyətdən gedərsə, Türkiyə də güzəşt tələb edə bilər”.