📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bomba həyəcanı - Universitet kampusları boşaldıldı

2021-11-08 12:33:00

Bomba həyəcanı - Universitet kampusları boşaldıldı

Nyu Yorkda yerləşən Kolumbiya, Kornell universitetləri və Rod-Aylenddə yerləşən Broun Universitetində bomba həyəcanına görə kampuslar boşaldılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Agentliyin məlumatına görə, universitetlərin ərazilərinə qoyulduğu iddia edilən bombalarla bağlı məlumatlar Tvitterdə yayılıb.

Polis Kornel Universitetində və Braun Universitetində araşdırmalarını davam etdirir. Kolumbiya Universitetinin ərazisində bomba ilə bağlı məlumatı binalara baxış keçirən hüquq-mühafizə orqanları artıq yalan adlandırıblar.