📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boris Conson: “Britaniya Rusiyaya qarşı sanksiyaları hər həftə artıracaq”

2022-04-09 23:13:00

Boris Conson: “Britaniya Rusiyaya qarşı sanksiyaları hər həftə artıracaq”

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların hər həftə artacağını bildirib.

Bu barədə “RBC-Ukraina” Conson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə brifinqinə istinadən xəbər verir.

Britaniya hökumətinin başçısı əlavə edib ki, rusiyalı oliqarxların aktivlərinin dondurulması məhdudlaşdırılmayacaq.

"Rusiyaya təzyiqi artıracağıq. Rusiya Federasiyasına qarşı sanksiyaları hər həftə gücləndirəcəyik", - Conson bildirib.

O əlavə edib ki, Böyük Britaniya özünü aktivlərin dondurulması və ya Rusiya oliqarxlarına qarşı sanksiyalarla məhdudlaşdırmayacaq. Onun sözlərinə görə, London Rusiyanın öz enerji resurslarından istifadə imkanlarına təsir edəcək. \\Report