Boris Conson bu gün istefa verəcəkmi?
Hurriyyet.az xəbər verir ki, xarici mətbuat Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verməyə razı olduğunu bildirib. Əgər bu, baş versə belə Conson bu ilin oktyabr ayına qədər Britaniya hökumətinə başçılıq edəcək.
Bu barədə məlumatı Britaniyanın ITV və BBC kanalları, “The Sun” nəşri və digər mediaları yayıb. Onların yazdığına görə, cənab Conson artıq bu gün istefa verə bilər. Consonun bu gün xalqa müraciətlə çıxış edəcəyi gözlənilir.
Boris Consonun istefasının səbəbi daxili siyasi təzyiqdir. Son günlərdə Britaniya hökumətini 50 nəfərə qədər siyasətçi tərk edib.
BBC yazır ki, Boris Conson bu gün Mühafizəkarlar partiyasının lideri postunu tərk etsə də, Baş nazir vəzifəsinin icrasına payıza qədər davam edəcək. Bu yay Mühafizəkarlar partiyasının yeni lideri seçilməli, yeni Baş nazir isə partiyanın oktyabr ayında keçiriləcək qurultayında təyin edilməlidir.
Hürr Tərcüman