Boris Conson: “Ukrayna hadisələri fonunda istefa verməyim məsuliyyətsizlik olardı”
2022-06-02 10:24:00
Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, ölkədəki qiymət artımı və Ukraynadakı vəziyyət nəzərə alınarsa, onun vəzifədən getməsi məsuliyyətsiz qərar olardı.
Hurriyyet.az bu barədə “Report”-a istinadən xəbər verir.
“Mən bu barədə çox və uzun müddət düşündüm. İndiki vəziyyətdə istefa verməyimin necə məsuliyyətli qərar sayıla biləcəyini təsəvvür belə edə bilmirəm”, - B.Conson bildirib.