📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boris Consondan “Bayraktar” açıqlaması

2022-03-31 10:23:00

Boris Consondan “Bayraktar” açıqlaması

Britaniya Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını xatırladıb.

O, tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə mühüm rol oynadığını bildirib.

Hökumət başçısı Rusiyaya qarşı sanksiyaların ölkə hərbçilərinin Ukraynanı tərk edənədək davam etdirilməli olduğunu qeyd edib.

Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb.