📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boris Consondan TƏKLİF-Rusiyadan narazı ölkələr Londonun ətrafında birləşəcək

2022-05-27 14:41:00

Boris Consondan TƏKLİF-Rusiyadan narazı ölkələr Londonun ətrafında birləşəcək

Böyük Britaniyanın baş naziri Boris Conson yeni hərbi-siyasi alyansın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə İtaliyanın “Corriere de la Serra” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Boris Conson Rusiyanın təcavüzünə Brüssellə Berlinin cavabını bəyənməyən ölkələri birləşdirmək istəyir. Nəşrə məlum olub ki, Böyük Britaniyanın baş naziri bu plan üzərində çoxdan işləyirmiş.
“Conson bunu ilk dəfə aprelin 9-da Kiyevdə prezident Zelenskiyə deyib. Böyük Britaniyanın baş nazirinin təklif etdiyi model belədir - London lider olacaq, alyansa Ukrayna, Polşa, Estoniya, Latviya, Litva və potensial Türkiyə daxil olacaq”, deyə İtaliya nəşri yazır.
İtaliya nəşrinin yazdığına görə, Conson “xüsusilə milli suverenliyi qoruyan, liberal iqtisadiyyata malik olan və Rusiyanın hərbi təhlükəsinə maksimum müqavimət göstərməyə hazır olan” dövlətləri birləşdirməyə çalışacaq.
Ukrayna Londona imtina etməsə də, Consonun təşəbbüsü ilə bağlı hələ ki, dəqiq mövqe bildirməyib. "Corriere de la Serra"nın məlumatına görə, Vladimir Zelenski iyunun 23-də Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması məsələsinin həll olunacağı Aİ sammitini gözləyir.

Ülviyyə, Hurriyyet.az