📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boris Consonu kim əvəz edəcək?

2022-07-09 09:35:00

Boris Consonu kim əvəz edəcək?

Hazırki müdafiə naziri Ben Uolles liderdir...

Potensial namizədlərin siyahısı

Dünən Böyük Britaniyanın baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı rəhbəri postlarından istefa verməsini elan edib. Güman edilir ki, o, baş nazir vəzifələrini payızadək icra edəcək, o zaman torilər yeni lideri təsdiq edəcək və o, rəsmən növbəti baş nazir hesab olunacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə BBC media korporasiyasının saytı məlumat verib.

Baş nazir postu uğrunda mübarizə artıq başlayıb. Yaxın bir neçə həftələrdə mühafizəkarların parlament fraksiyası iki populyar namizəddən başqa, bütün namizədlərin seyrəldilməsi üçün bir neçə raund səsvermə keçirəcək. Həmin iki namizəddən yay ərzində partiyanın yeni lideri və yeni hökumət başçısı seçiləcək.

Saytın dərc etdiyi namizədlər siyahısında 10 nəfərdən çox adam var. Sonradan ehtimal olunur ki, namizədlərin sayı artacaq, lakin liderlər artıq müəyyən edilib.

Mühafizəkarkar Partiyasının 716 üzvü arasında keçirilən rəy sorğusuna görə, Britaniya siyasətçilərinin populyarlıq cədvəlindən görünür ki, hazırki müdafiə naziri Ben Uolles liderdir. Ondan sonra az fərqlə Penni Mordont və Rişi Sunak gəlir. Beşlikdə həmçinin Liz Trass və Maykl Qouv da var.

Ben Uolles müdafiə naziri və sabiq hərbi qulluqçudur. Öz hərbi karyerasında Uolles Almaniyada, Kiprdə, Belizdə və Şimali İrlandiyada xidmət edib, orada İran İslam Respublikasının terror aktının qarşısını alıb. Hərbçi kimi şahzadə Diananın cənazəsinin Parisdən çıxarılması əməliyyatında mühüm rol oynayıb.

O, 2005-ci ildə parlament üzvü olub, 2017-ci ildə Consonun partiyanın rəhbəri seçilməsi üzrə iflasa uğramış kampaniyasının iştirakçılarından biri olub. Conson 2019-cu ildə partiya və hökumətə rəhbərlik edəndə, Uolles onun kabinetində nazir portfelinə layiq görülüb

Ukraynada müharibə başlamazdan 10 gün əvvəl Uolles Moskvaya səfər edərək, Sergey Şoyqu ilə görüşüb və hərbi müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq edib.

Penni Mordont 2019-cu ildə tarixdə ilk dəfə Britaniyanın qadın müdafiə naziri olub. Bundan öncə o, Kral donanmasının ehtiyatında olub, Devid Kemeron hökumətində nazirin silahlı qüvvələr üzrə müavini vəzifəsini tutub.

Mordont desantçı ailəsində anadan olub, öz karyerası boyunca mühafizəkarların gənclik hərəkatının rəhbəri və partiyanın sabiq rəhbəri Uilyam Heyqin mətbuat katibi olub.

Rişi Sunak 2015-ci ildə Britaniya parlamentinin deputatı seçiıib. 2019-cu ildə maliyyə naziri təyin edilib və 5 iyul 2022-ci ilədək bu postda qalıb. Həmin tarixdə öz həmkarı, səhiyyə naziri Sacid Cavidlə bərabər öz istefası barədə elan edib.

Vaxtilə onu mühafizəkarların gələcək lideri rolunda görürdülər. Lakin son aylar Akşatu Murti cütlüyünün vergiləri ətrafında yaranan qalmaqaldan sonra sabiq müdafiə nazirinin nüfuzu aşağı düşüb.

Sunakın zamanında pandemiya baş verib, lokdaunlar zamanı iqtisadiyyatı ayaqda saxlamaq lazım olub.

Onun xəzinədarlığın rəhbəri postundan istefa verməsi nazirlərin bir-birinin ardınca istefasına və sonucda Boris Consonun partiya liderindən getməsinə gətirib çıxarıb.