Borrel İrəvana səfərə hazırlaşır
2024-02-22 16:36:43
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel İrəvana səfər etmək fikrində olduğunu ötən həftə Ermənistanın Xarici İşlər Nazirliyinə bildirib. Bu məlumatı Aİ-nin İrəvandakı nümayəndə heyətinin başçısı Vasilis Maraqos verib.
Borrelin səfəri Ermənisran-Aİ Hərtərəfli və Genişlənmiş Əməkdaşlıq Müqaviləsi çərçivəsində martın 14-də keçiriləcək görüşlə bağlıdır.
Hürr Tərcüman