📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır

2022-11-24 00:16:00

Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumunu pisləyib.

Borrell bu barədə "Twitter"də bildirib.

"Rusiyanın Ukraynada mülki şəxslərə və kritik infrastruktura qarşı cinayətkar hücumlarını qətiyyətlə pisləyirik. Bu kütləvi şəkildə eletrikin kəsilməsinə səbəb olub və həmçinin Moldovada da elektrik kəsilib. Qışda milyonlar insanı işıq, su və istilikdən məhrum etmək qəddar və qeyri-insanidir. Aİ-nin Ukrayna və Moldovaya dəstəyi durmadan davam edir", - Borrel vurğulayıb. \\APA