Borrel Orta Asiyaya səfərə hazırlaşır
2022-11-14 19:35:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, çərşənbə günü, noyabrın 6-da Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel Qazaxıstana səfər edəcək. Bu barədə məlumatı Qazaxıstan XİN rəsmi təmsilçisi Aybek Smadiyarov verib.
Avropa diplomatiyasının başçısı səfər çərçivəsində Qazaxıstan XİN-in rəhbəri Muxtar Tleuberdi və ölkə rəhbərliyi ilə danışıq aparacaq.
Tərəflər Qazaxıstanla Avropa İttifaqı arasındakı əməkdaşlıq perspektivlərini, aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Borrel noyabrın 17-də Səmərqəndə yola düşəcək. Burada “Orta Asiya – Avropa İttifaqı” formatında xarici işlər nazirlərinin 18-ci görüşündə iştirak edəcək.
Hürr Tərcüman