Borrel Səudiyyə Ərəbistanında danışıqlar aparacaq
2024-01-07 15:30:27
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının diplomatiya xidmətinin başçısı Jozep Borrel 7-8 yanvar tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək, ölkənin xarici işlər naziri Feysal bin Fərhan əl Səud, İran Körfəzi Dövlətlərinin Əməkdaşlığı Şurasının baş katibi Cassim Məhəmməd əl Bədəvi də daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşəcək, Qəzza zolağı və Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcək, “İsraillə Fələstin arasında ədalətli və uzunmüddətli sülhə nail olunması üçün” danışıqlar aparacaq.
Məlumatı Aİ Diplomatiya Xidməti verib.
Borrel 5-6 yanvar tarixlərində eyni məqsədlə Livanda səfərdə olsa da, praktiki nəticələrin əldə edilmədiyi bildirilir.
Hürr Tərcüman