Borrell: HƏMAS-ı İsrail maliyyələşdirib
2024-01-20 09:14:24
İsrail Fələstin Azadlıq Hərəkatını ("Fəth") zəiflətmək üçün HƏMAS radikal qruplaşmasını maliyyələşdirib.
Hurriyyet.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
O, Valyadolid Universitetində çıxışı zamanı deyib: “HƏMAS illərdir "Fəth"i zəiflətmək üçün İsraildən maliyyə alır.
O, İsrailin etirazlarına baxmayaraq, beynəlxalq ictimaiyyəti Fələstin dövlətinin yaradılmasına təkan verməyə çağırıb: “İki xalq üçün iki dövlətli həllin tərəfdarı olan hər kəs onun reallığa çevrilməsində fəal iştirak etməlidir".