📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Borrell Qəzza zolağının blokadasını beynəlxalq hüququn pozulması adlandırıb

2023-10-11 14:19:04

Borrell Qəzza zolağının blokadasını beynəlxalq hüququn pozulması adlandırıb

Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrell xarici işlər nazirlərinin fövqəladə iclasından sonra bildirib ki, Avropa İttifaqı İsrailin Qəzza zolağının tam blokadasını beynəlxalq hüququn pozulması hesab edir.

Borrelin sözlərinə görə, Fələstinlə müharibədə “İsrailin bəzi qərarları” beynəlxalq humanitar hüquqa uyğun gəlmir. Avropa İttifaqının xarici işlər nazirləri Qəzza zolağının tam blokadasına qarşı çıxır və hər iki tərəfi humanitar qanunlara hörmət etməyə çağırır. “Bu o deməkdir ki, Qəzzanın mülki əhalisi su, qida və ya elektrik enerjisindən məhrum olmayacaq”, Avropa diplomatiyasının rəhbəri bildirib.

Borrell vurğulayıb ki, “bütün fələstinlilər terrorçu deyil”, buna görə də kollektiv cəza “ədalətsiz və məhsuldar deyil” və eyni zamanda Aİ və dünyanın qalan hissəsinin maraqlarına ziddir.

Ülviyyə, Hurriyyet.az