"Borussiya" - "Real" oyununda meydana kənar şəxs daxil oldu - VİDEO
2024-06-01 23:49:31
Çempionlar Liqası finalı başlayandan cəmi 28 saniyə sonra azarkeş meydana daxil olub və oyunda 2 dəqiqədən çox bir müddətdə fasilə yaranıb.
Hurriyyet.Az xəbər verir ki, meydana girən şəxs Cud Bellinqemlə şəkil çəkdirmək istəyib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan "Borussiya" - "Real" matçında hesab açılmayıb.