📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Borussiya” Bakıya gələrkən çətinliklə üzləşib

2026-10-20 14:31:47

“Borussiya” Bakıya gələrkən çətinliklə üzləşib

Çempionlar Liqasının Liqa mərhələsinin  3-cü turunda “Sabah”la matç üçün Bakıya gələn Dortmund “Borussiya”sı çətinliklə üzləşib.

Hurriyyet.net  xəbər verir ki, klub Azərbaycana gətirəcəyi baqajları əlavə reyslə yollayıb. 

Səfər günü səhər məlum olub ki, əvvəlcədən planlaşdırılan bütün baqajla birlikdə futbolçuları gətirəcək təyyarənin çəkisi normadan artıq olacaq.

Buna görə Dortmund klubu son anda planını dəyişməli və baqajın bir hissəsini sponsorların və jurnalistlərin də olduğu daha erkən reysə göndərməli olub. Əks halda komanda yanacaq doldurmaq üçün yolun yarısında eniş etməli olacaqdı. 

Almaniya mətbuatı buna görə klubun idarəçilərini tənqid edib.