📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Borussiya"sı ÇL-ə vəsiqə qazana bilməsə... - Qərar verildi

2025-02-12 22:40:38

Dortmund "Borussiya"sı bu mövsüm Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, aparıcı futbolçularını satışa çıxaracaq.

Fanat.Az-ın "Bild"ə istinadən məlumatına görə, "arılar"ın hazırda əsas hədəfi mövsümün sonunda Bundesliqada ÇL-də iştirak hüququ verən yerlərdən birini tutmaqdır.

Bu hədəfə çatmaq mümkün olmasa, "sarı-qaralar" maliyyə itkilərini sığortalamaq və digər planlarını reallaşdırmaq üçün bir neçə ödənişli ulduza müştəri axtaracaqlar.

Qeyd edək ki, "Borussiya" 21 turdan sonra 29 xalla 11-ci pillədə qərarlaşıb. Komanda 4-cü sıradakı "Leyptsiq"dən 7 xal geri qalır.