📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Boşananları müharibəyə göndərək” – Rusiyalı deputatdan absurd təklif

2024-01-22 13:54:58

“Boşananları müharibəyə göndərək” – Rusiyalı deputatdan absurd təklif

Rusiya parlamentinin mübahisəli simalarından olan deputat Vitali Milonov növbəti dəfə absurd bir təkliflə çıxış edib.

Hurriyyet.az xəbər verir ki, deputatın təklifinə görə, dövlət ölkədə artan boşanmaların qarşısını almaq üçün nikahı pozan insanları cəzalandırmalıdır.

Milonov bildirib ki, boşanan insanları Ukraynadakı müharibəyə cəlb etmək lazımdır.

“Rusiyada əsas problem evliliklərin olmaması deyil. Biz də əsas məsələ boşananların sayının çox olmasıdır. Bu səbəbdən təklfi edriəm ki, boşananlara 100 min rubl cərimə təyin olunsun. Gəlin onları Ukraynadakı döyüş bölgəsinə göndərək”, -deyə deputat qeyd edib.

Milonovun sözləri salonda şok effekti yaradıb. Bu mübahisəli təklif müxalifətin kəskin reaksiyasına səbəb olub.

AzPolitika.info