📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boşanmaq üçün efirə çıxan Cəmilənin bu görüntüləri gündəm oldu - VİDEO

2022-09-23 21:58:00

Boşanmaq üçün efirə çıxan Cəmilənin bu görüntüləri gündəm oldu - VİDEO

Türkiyədə yayımlanan "Esra Erol'da" verilişində gərgin anlar yaşanıb.

Proqrama gələn Cəmilə adlı xanım görücü üsulu ilə evləndirildiyi ərindən boşanmaq istədiyini bildirib. O, qayınanası və qayınatasının onu dəfələrlə evdən qovduğunu deyib.

Cəmilə əri ilə hər dəfə dava etdikdə ağlayaraq atası evinə göndərildiyini etiraf edib.

Sözügedən xanım studiyada olarkən qayınanası və qayınatası canlı efirə bağlanıblar. Onları monitorda görən Camilə əsəblərinə hakim ola bilməyərək, monitora hücum edib. Bundan sonra isə qayınanasının parodiya etməyə başlayıb.

Cəmilənin aqressiv halının görüntüləri sosial şəbəkələrdə yayılaraq hər kəsi təəccübləndirib.

 

 
AZİNFORM.AZ