Böyük Britaniya 4 rusiyalı oliqarxa qarşı sanksiya tətbiq edib
Böyük Britaniya, "EVRAZ" polad istehsalçısının keçmiş rəhbəri də daxil olmaqla, dörd rus polad və neft-kimya biznesi sahibinə sanksiya tətbiq edib. Aleksandr Abramov və Aleksandr Frolov, Ayrat Şaymiyev və Albert Şiqabutdinov sanksiyalara məruz qalıb. Onların aktivləri dondurulacaq və Böyük Britaniyaya girişi qadağan ediləcək.
Britaniya hökuməti bildirir ki, onlardan ilk ikisi Roman Abramoviçin tərəfdaşları olub və mədən, nəqliyyat və tikinti sektorlarında iştirak ediblər. İngiltərədə onların 100 milyon funt sterlinq dəyərində mülkləri var idi.
Bundan əlavə, sanksiyalar oliqarx Ayrat Şaymiyevdən də yan keçməyib. Onun ümumi sərvəti 902 milyon funt sterlinqdir. Bu siyahıda dördüncü yerdə Albert Şiqabutdinov qərarlaşıb. Bu oliqarxın kapitalı 977 milyon funt-sterlinqdir.
Ülviyye, Hurriyyet.az