Böyük Britaniya hökumətindən QƏRAR: rus oliqarxlarının imarətlərində ukraynalı qaçqınlar yerləşdiriləcək
2022-03-04 14:39:00
Britaniya hökuməti Londonda oliqarxların malikanələrini müsadirə edə və onlardan Ukrayna qaçqınlarını yerləşdirmək üçün istifadə edə bilər. Bu barədə baş nazirin müşaviri Dominik Raab açıqlama verib.
Dominik Raab, rus oliqarxlarının əmlaklarının ələ keçirilməsi və ukraynalı qaçqınların orada yerləşdirilməsi fikirlərini dəstəklədiyini söyləyib. O həmçinin hökuməti oliqarxların onların sərvətlərini necə əldə etdiklərini araşdıran jurnalistləri dayandırmağa çalışan qanunu ləğv etməyə çağıracağını və "çox qısa müddətə" bundan bəhs edən təkliflərini irəli sürəcəyini söyləyib.
Ülviyyə, Hurriyyet.az