Böyük Britaniya İcmalar Palatasının üzvləri SEPAH-ı terror təşkilatı kimi təklifə "HƏ" dediilər
Böyük Britaniya İcmalar Palatasının üzvləri yekdilliklə hökuməti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağıran təklifə səs veriblər. Bu barədə "İran İnternationla" saytı xəbər verir.
Səsvermənin məcburiyyət hökmü olmasa da, bu, Britaniya qanunvericilərinin SEPAH-ın nəzarətində olan təhlükəsizlik qüvvələrinin İrandakı etirazçılara qarşı zorakılığına cavab vermək üçün hökumətə təzyiqin artmasında rol oynayacaq.
İndiyədək SEPAH personalı, onların Bəsic milisləri, kəşfiyyat agentləri və yüksək səviyyəli SEPAH generallarının komandanlıq etdiyi nizami polis birləşməsi 500-ə yaxın mülki şəxsi öldürüb və yüzlərlə insanı şikəst edib. Dörd etirazçı da saxta məhkəmələrdən sonra edam edilib.
Müzakirəni açan hakim Mühafizəkarlar Partiyasının üzvü Bob Blekman bildirib ki, SEPAH-ı qadağan olunmuş terror təşkilatları siyahısına əlavə etmək lazımdır.
"Böyük Britaniya hökumətini SEPAH-ı terror təşkilatı kimi qadağan etməyə və İrana qarşı əlavə sanksiyaları təxirəsalmadan təmin etmək üçün həmkarları ilə işləməyə çağırıram... İran rejiminə qarşı çıxışların yatırılması nasistlərin yüksəlişini əks etdirir. İşlər bu səviyyəyə çatmazdan əvvəl hərəkətə keçməliyik", deyə Blekmən çıxışında bildirib.
Bləkman deyib ki, "Böyük Britaniya İran rejiminin insan haqlarının sistematik şəkildə pozulması və insanlığa qarşı cinayətlərə dair dəhşətli dosyesini məcburi durdurma və çəkindirmə tədbirlərinin qəbulu üçün Birləşmiş Milli Təhlükəsizlik Şurasına göndərməlidir”.
Bləkman, ABŞ-ın o zamankı dövlət katibi Mayk Pompeonun “maksimum təzyiq” sanksiyalarının bir hissəsi kimi ABŞ-ın SEPAH-ı “xarici terror təşkilatı” siyahısına saldığını elan edən sözlərini təkrarlayaraq, “bütövlükdə SEPAH-a qadağa qoyulmalıdır” deyə əlavə edib.
Ülviyyə, Hurriyyet.az