Böyük Britaniya ilə Aİ arasında gedən müharibənin bir frqamenti Ukraynada baş verir...
İngiltərə və Aİ arasında dünyanın bölünməsi uğrunda mübarizə gedir. Ukraynada gedən müharibə ilə bu mübarizənin informasiya məkanında da getdiyi görünür.
Məlumdur ki, Böyük Britaniyanın əsas məqsədi əvvəlki qlobal hakimiyyətinə qayıtmaq və özünün idarə etdiyi yeni güc mərkəzi yaratmaq cəhdidir. Bu paradiqmada vahid Avropa İttifaqı artıq və yersizdir. Avropa məkanında yeni lider kimi Britaniya artıq öz nəzarətində olan inteqrasiya birliyinin yaradılmasını elan edib və bu, şübhəsiz ki, Aİ-dən ayrılan ölkələr hesabına artacaq.
Aİ-nin dağılması o halda mümkün ola bilər ki, bu ittifaqın əsas lokomotivləri-Almaniya ilə Fransa üçün ağır yükə çevrilmiş, onlara baha başa gələn sanksiyaları diqtə edən müharibə uzansın.
Sanksiyaların iqtisadi baxımdan birliyə baha başa gəldiyinə baxmayaraq, Aİ-nin bəzi üzv dğvlətləri və bürokratları Ukraynanı fəal şəkildə dəstəkləməkdə davam edir. Onlar bununla faktiki olaraq Aİ-nin ayağına "güllə vururlar" və onun parçalanmasını yaxınlaşdırırlar ki, bu da siyasi elitaların bir növ sövdələşməsindən xəbər verir.
Rusiya üçün də vəziyyət çox ürəkaçan deyil. Baxmayaraq ki, Rusiya öz neft-qaz gəlirlərindən qalmır, amma bir tərəfdən Avropadan qopub sürətlə Çinin yedəyinə qoşulmaqdan başqa çarəsi qalmır. Moskva bütün tellərlə Pekinə bağlanır.
Ülviyyə, Hurriyyet.az