Böyük Britaniya Müdafiə Nazirıiyindən "Moskva" kreyseri ilə bağlı AÇIQLAMA
Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı müharibədə baş verənlərin kəşfiyyat məlumatları əsasında tərtib edilmiş gündəlik məruzəni açıqlayıb. Haqqında söhbət gedən məruzə Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva" kreyserinin itirilməsinə həsr olunub.
Britaniya ordusunun bu barədə dedikləri bu səpgidədir:
• Kreyser həm komanda gəmisi, həm də hava hücumundan müdafiə bölməsi kimi mühüm rol oynamışdır;
• Sovet istehsalı olan gəmi Rusiya donanmasında Atlant sinfinə aid üç kreyserdən biri idi (NATO kodlaşdırmasında "Slava" adlandırılır). "Moskva" 1979-cu ildə istifadəyə verilib, o vaxtdan bəri bir neçə dəfə əhəmiyyətli dərəcədə modernləşdirilib, gəminin növbəti təftişi yalnız keçən il olub;
• Müharibə başlayandan bəri Rusiya artıq iki əsas döyüş gəmisini itirib. "Moskva"dan başqa, bu, "Saratov" adlı böyük desant gəmisidir. Çox güman ki, bu itkilər Rusiyanı Qara dənizdəki mövqeyinə yenidən baxmağa məcbur edəcək.
Rusiya Müdafiə Nazirliyi xəbər verib ki, “Moskva” kreyseri gövdəsinin zədələnməsi səbəbindən təyinat limanına aparılarkən fırtına nəticəsində batıb. Rus versiyasına görə isə kreyser göyərtəsində olan döyüş sursatının partlaması nəticəsində yanğın zamanı zədələnib.
Ukrayna hakimiyyətinin nümayəndələri gəminin Ukrayna Neptun raketləri ilə hücuma məruz qaldığını bildirsələr də, Rusiya bunu qəbul etmirlər.
Rusiya Müdafiə Nazirliyi həmçinin kreyserin ekipajının onun yanında olan Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini iddia edib. Departament ölən və ya yaralanan dənizçilər barədə məlumat verməyib.
Ülviyyə, Hurriyyet.az