📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Britaniya Rusiya təyyarəsini saxladı – NƏQLİYYAT NAZİRİNDƏN AÇIQLAMA

2022-03-09 13:06:00

Böyük Britaniya Rusiya təyyarəsini saxladı – NƏQLİYYAT NAZİRİNDƏN AÇIQLAMA

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps “Sky News” telekanalına açıqlamasında bildirib ki, Britaniya hakimiyyəti aviasiya sektoruna tətbiq edilən sanksiyalar çərçivəsində bir Rusiya təyyarəsini artıq saxlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Artıq Farnboroda belə bir təyyarə (saxlanılmış) var, mən onu son bir neçə gündə istintaq apararkən saxlamışam”, -  Şapps deyib.
Nazir bildirib ki, hazırda təyyarənin sahibi müəyyənləşdirilir.