Böyük Britaniya son 10 ildə ilk dəfə olaraq Gürcüstanla öz nazirləri arasında dialoqu dondurdu
2024-10-15 11:57:30
Böyük Britaniya son 10 ildə ilk dəfə olaraq Gürcüstanla öz nazirləri arasında dialoqu dondurdu. Bu barədə Britaniya səfiri Gareth Ward bildirib.
Səfir açıqlama verib ki, müdafiə danışıqları və yeni kibertəhlükəsizlik proqramı da dayandırılıb.
“Son bir il ərzində Gürcüstan hökuməti fərqli kurs seçdi və Tbilisidə olduğum ilk aylarda mən anti-Qərb ritorikasından narahatlığımızı açıq şəkildə ifadə etməli oldum”, deyə diplomat bildirib.
Ülviyyə, Hurriyyet.az