📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Britaniya və Hollandiya F-16 qırıcılarını Ukraynaya verməyə dair razılığa gəldi

2023-05-17 15:53:00

Böyük Britaniya və Hollandiya F-16 qırıcılarını Ukraynaya verməyə dair razılığa gəldi

Böyük Britaniya və Hollandiya ABŞ-ın F-16 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə tədarükünü təmin etmək üçün beynəlxalq koalisiya yaratmaq barədə razılığa gəliblər.

Baş nazirlər Rişi Sunak və Mark Rutte Ukrayna aviasiyasının döyüş imkanlarının genişləndirilməsi üçün pilotların hazırlanmasından tutmuş, təyyarələrin özlərinin təchiz edilməsinə qədər istənilən dəstəyi göstərmək niyyətlərini ifadə ediblər.

Eyni zamanda, Polşada hökumət ehtimal edir ki, Kiyev ilk növbədə Varşavadan təyyarə istyəcək. Polşa prezidenti Anjey Duda bildirib ki, ölkəsi F-16-nı idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına dəstək verməyə hazırdır. Varşava Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan 300 tank və “demək olar ki, bütün MiQ-29”ları Kiyevə təhvil verib. Və eyni zamanda o xatırladıb ki, Polşa Hərbi Hava Qüvvələrində az sayda Amerika qırıcısı var - bu, onların Ukraynaya köçürülməsindən danışmağa imkan vermir.

Ülviyyə, Hurriyyet.az