📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Böyük Britaniya XİN nazirinin Avropa üzrə müavini Azərbaycana gələcək

2023-02-01 23:50:00

Böyük Britaniya XİN nazirinin Avropa üzrə müavini Azərbaycana gələcək

Böyük Britaniya XİN nazirinin Avropa üzrə müavini Leo Doxerti yaxın aylarda Azərbaycana səfər edəcək.
O, bunu dünən parlamentin İcmalar Palatasının iclasında ermənipərəst deputatların Xankəndi-Laçın yolunda yaranmış vəziyyətlə bağlı təxribat xarakterli suallarını cavablandırarkən deyib. Azərbaycan və Ermənistan arasında sülh prosesinə gəlincə, Doxerti deyib:
“Biz danışıqlara qayıtmaqda və sülh yolu ilə nizamlanmada israr edirik. Önümüzdəki aylarda bölgəyə gedəcəyəm və bu barədə danışacağam... Biz regiondan kənardan sabitliyi pozan təsirlərin qarşısını almaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”.

Ülviyyə, Hurriyyet.az